Əraqçi: “Xameneyi təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısına çıxmır”

2026/06/1780661070.jpg
Oxunub: 144     16:03     05 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri Ayətullah Əli Xameneyinin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında nadir hallarda göründüyünü bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Əraqçi “Al-Mayadeen” telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Xameneyi ölkədə gedən proseslərdə yaxından iştirak edir və hadisələrin inkişafına təsir göstərməkdə davam edir.

Onun sözlərinə görə, ali lider dövlət idarəçiliyində əsas qərarların qəbulunda mühüm rol oynayır və idarəetmə rıçaqlarını əlində saxlayır.

Əraqçi vurğulayıb ki, təhlükəsizlik mülahizələrinə görə aidiyyəti qurumlar Xameneyiyə ictimaiyyət qarşısında daha az görünməyi tövsiyə edirlər.

Nazir əlavə edib ki, İran hökuməti ali liderlə daimi əlaqə saxlayır və strateji qərarların qəbulu prosesində onun iştirakı davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Xameneyi  


Bizi "telegram"da izləyin