Fon der Lyayen Aİ-nin genişlənməsi ilə bağlı təbliğatın gücləndirilməsinə çağırıb

2026/06/1780661007.jpg
Oxunub: 189     16:00     05 İyun 2026    
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqına üzvlüyə namizəd ölkələrə və Aİ üzvlərinə genişlənmə prosesinin üstünlüklərini daha fəal izah etməyi tövsiyə edib.

Ordu.az xəbər verir ki, bu barədə o, Monteneqroda keçiriləcək Aİ-Qərbi Balkanlar sammiti ərəfəsində çıxışı zamanı bildirib.

Fon der Lyayen qeyd edib ki, namizəd ölkələr öz vətəndaşlarına Avropa İttifaqına üzvlüyün bütün üstünlüklərini daha geniş şəkildə izah etməlidirlər.

Onun sözlərinə görə, Aİ ölkələri də əhaliyə genişlənmənin daha çox təhlükəsizlik, rifah və Avropanın qlobal təsirinin artması demək olduğunu anlatmalıdır.

Avropa Komissiyasının Prezidenti Qərbi Balkan ölkələrinə yarım milyard avrodan artıq həcmdə yeni maliyyə dəstəyi vəd edib və onların Avropa İttifaqına inteqrasiyasının sürətləndirilməsini dəstəklədiyini bildirib.

O, Almaniya, Fransa və Avropa Şurasının Prezidenti Antoniu Koştanın üzvlük prosedurunun sadələşdirilməsi ilə bağlı təkliflərini maraqlı adlandıraraq bu təşəbbüslərin müzakirə ediləcəyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen    


Bizi "telegram"da izləyin