Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə yekun görüşündə bildirib.
“Əmin olun ki, bu, mümkündür və biz bunu edəcəyik. Biz Ermənistanı müasir sənaye ölkəsi, regionun ən dinamik inkişaf edən dövləti, inkişaf etmiş kənd təsərrüfatına və maliyyə sisteminə malik ölkə kimi görürük. Yenidən regionda investisiyalar üçün ən cəlbedici ölkəyə çevriləcəyik. Bir zamanlar belə olmuşuq və yenə olacağıq”, - deyə Köçəryan qeyd edib.
Köçəryanın sözlərinə görə, Ermənistan sonsuz böhranlarla mübarizə aparmağa məcbur olmayan, dövlət qulluqçularının iş yerlərini itirməmək üçün qanunsuz əmrləri yerinə yetirməyə məcbur qalmadığı bir ölkə olacaq.
Sabiq erməni prezident təhlükəsizlik, idarəetmə və iri biznes sahələrində öz təcrübəsinin Ermənistanda başqa heç bir siyasətçidə olmadığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az