Papuaşvili: “Boris Conson Ukrayna ilə Rusiya arasında sazişi pozub”

2026/06/1780660909.jpg
Oxunub: 189     15:52     05 İyun 2026    
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonu 2022-ci ildə Ukrayna ilə Rusiya arasında əldə olunması mümkün olan sülh sazişinin pozulmasında ittiham edib.

Ordu.az xəbər verir ki, Papuaşvili bu barədə açıqlama verib.

O bildirib ki, 2022-ci ildə Ukrayna nümayəndə heyətinə parlamentdə hakim fraksiyanın rəhbəri David Araxamiya başçılıq edirdi və həmin vaxt Ukrayna tərəfi Rusiyanın irəli sürdüyü şərtləri qəbul edilə bilən hesab edirdi.

Papuaşvilinin sözlərinə görə, Ukrayna nümayəndələri Kiyevə qayıtdıqdan sonra şəhərə gələn Boris Conson əldə olunması planlaşdırılan razılaşmanın qarşısını alıb.

Gürcü siyasətçi qeyd edib ki, həmin hadisələrdən sonra Conson siyasi fəaliyyətini davam etdirir və müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papuaşvili   Conson   Ukrayna  


Bizi "telegram"da izləyin