Aİ yeni üzvlərin qəbul prosedurunu sadələşdirmək niyyətindədir

2026/05/1777907366.jpg
Oxunub: 181     15:56     05 İyun 2026    
Avropa Şurasının Prezidenti Antoniu Koşta Avropa İttifaqına yeni üzvlərin qəbul prosesinin sadələşdirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “Euronews” telekanalına müsahibəsində danışıb.

Koşta bildirib ki, hazırkı prosedur olduqca mürəkkəbdir və bütün proses ərzində 40-dan çox səsvermə keçirilməsi tələb olunur.

Onun sözlərinə görə, qərar qəbul edilən mərhələlərin sayını azaltmaqla üzvlük prosedurunu daha sadə və çevik etmək mümkündür.

Avropa Şurasının Prezidenti təklif edib ki, üzvlük danışıqlarının müxtəlif fəsillərinin açılması zamanı yekdillik prinsipi ləğv olunsun, yekdil qərar yalnız həmin fəsillərin bağlanmasının təsdiqi üçün saxlanılsın.

Məlumata görə, hazırkı qaydalara əsasən Avropa İttifaqına üzvlük prosesinin hər mərhələsi bütün üzv ölkələrin yekdil razılığını tələb edir ki, bu da prosesin illərlə uzanmasına səbəb olur.

Qeyd olunub ki, Qərbi Balkan ölkələri artıq 20 ildən çoxdur üzvlük gözləyir və Ukraynanın sürətləndirilmiş qaydada qəbul olunması ilə bağlı müzakirələrə həssas yanaşırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Koşta  


Bizi "telegram"da izləyin