Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Kommersant” nəşrinin məlumatına görə, Uşakov Ukrayna prezidentini mesajları “çox sayda insan vasitəsilə” ötürməməyə, birbaşa “Moskvaya zəng etməyə” çağırıb.
“O nə ötürür? Sonra isə bütün bunlar havada asılı vəziyyətdə qalır”, - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Yuri Uşakov əlavə edib ki, bu gün Kremldə keçirilən görüş zamanı Slovakiyanın baş naziri Robert Fitso Vladimir Putinə Volodimir Zelenski ilə danışıqların məzmununu çatdırıb, lakin Ukrayna prezidenti tərəfindən heç bir mesaj gətirməyib.
Sevinc Əliyeva
Ordu.az