“Netanyahu ABŞ-nin İranla bağlayacağı istənilən razılaşmanı qəbul etməli olacaq” - Tramp

2026/06/1780638154.jpg
Oxunub: 297     09:04     08 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməkdən başqa seçimə malik deyil.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

“Onun seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O (Netanyahu) qərar vermir”, - Tramp nəşrə müsahibəsində bildirib.

ABŞ lideri qeyd edib ki, İranın mümkün zərbələri Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunmasına təsir göstərməyəcək. Tramp “Financial Times”a açıqlamasında ABŞ-nin İrana qarşı xüsusi təyinatlı qüvvələrin əməliyyat keçirməsi ehtimalını da istisna etməyib.

“Bu o demək ola bilər ki, biz daxil olub hərbi yolla həll olunmayan məsələni nizama salacağıq. Yaxud bu sadəcə o demək ola bilər ki, İranın blokadasını davam etdirəcəyik, çünki blokada, yəqin ki, bu ölkəyə qarşı həyata keçirilmiş istənilən hücumdan daha güclü təsirə malik olub”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin