Ordu.az xəbər verir ki, bu barədə Latviya Milli Silahlı Qüvvələrinin mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"Müttəfiqlərin qırıcıları Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını uğurla vurublar!" - Fransa və Latviya bayraqlarının əks olunduğu məlumatda vurğulanıb.
Başqa bir açıqlamada Latviya hava məkanında mümkün təhlükə qeyd olunub:
"Latviya Milli Silahlı Qüvvələri ölkənin hava məkanında mümkün təhlükələr barədə məlumat verir. Hazırda əlavə addımlar tələb olunmur. Vəziyyət gərginləşərsə, əlavə məlumat veriləcək".
Ordu.az