Ermənistan MSK səsvermənin nəticələrinin yenidən hesablanması üçün müraciət müddətlərini açıqlayıb

2026/06/1780907892.jpg
Oxunub: 219     12:35     08 İyun 2026    
Ermənistanda seçki məntəqələrində səsvermənin nəticələrinin yenidən hesablanması ilə bağlı müraciətlər iyunun 8-i və 9-da qəbul ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, seçki məntəqəsində səsvermənin nəticələrinin yenidən hesablanması barədə müraciətlər müvafiq dairə seçki komissiyalarına iyunun 8-i saat 12:00-dan 18:00-dək, yaxud iyunun 9-u saat 09:00-dan 11:00-dək təqdim edilə bilər.

Müraciət etmək hüququna namizədlər, səlahiyyətli nümayəndələr və məntəqə seçki komissiyalarının üzvləri malikdir.

Ermənistan MSK-nin açıqlamasında qeyd olunub ki, eyni müddətlər ərzində siyasi partiyalar, partiya blokları, namizədlər, onların nümayəndələri və seçki komissiyalarının üzvləri səsvermənin nəticələrinin etibarsız hesab olunması ilə bağlı da müraciət edə bilərlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK  


Bizi "telegram"da izləyin