Paşinyan: “Ermənistan AİB-də qalacaq və Qərblə yaxınlaşmanı davam etdirəcək”

2026/06/17583-1780889476.jpg
Oxunub: 352     09:16     08 İyun 2026    
“Biz Qərblə yaxınlaşma siyasətini davam etdirəcəyik, eyni zamanda Avrasiya İqtisadi Birliyində iştirakımızı da qoruyacağıq”.

Ordu.az xəbər verir ki, bunu iyunun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“Biz yaxınlaşma yolunu davam etdirəcəyik, lakin Avrasiya İqtisadi Birliyində üzvlüyümüzü və iştirakımızı da saxlayacağıq. Eyni zamanda Rusiya Federasiyası və Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrlə münasibətlərimizi inkişaf etdirəcəyik”, - deyə Paşinyan mətbuat konfransı zamanı bildirib.

də Ermənistanın baş naziri qeyd edib ki, jurnalistlər qarşısına çıxmazdan qısa müddət əvvəl Fransa prezidenti Emmanuel Makronla qeyri-rəsmi telefon danışığı aparıb.

O, həmçinin Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə də telefonla danışdığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin