Husilər Təl-Əviv bölgəsinə raket zərbəsi endirdiklərini və Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətini qadağan etdiklərini açıqlayıblar

2026/03/1774677889.jpg
Oxunub: 207     11:15     08 İyun 2026    
Yəmənin “Ənsar Allah” hərəkatı Təl-Əviv bölgəsindəki hədəflərə raket zərbəsi endirdiyini, həmçinin Qırmızı dəniz akvatoriyasında İsrail gəmilərinin hərəkətinə tam qadağa tətbiq etdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə hərəkatın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv nəzərdə tutulur) yerləşən mühüm İsrail hədəflərinə raket zərbələri endirib.

“Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa bölgəsində yerləşən İsrail düşməninin mühüm hədəflərini raket atəşinə tutub. Raketlər təyin olunan hədəfləri dəqiq vurub”, - deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, hərəkat nümayəndələri Qırmızı dənizdə İsrailə qarşı tam dəniz blokadası elan etdiklərini bildiriblər. Onların sözlərinə görə, bundan sonra həmin akvatoriyada İsraillə əlaqəli istənilən hərəkət hərbi hədəf kimi qiymətləndiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin