Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının iclasında çıxışı zamanı deyib.
Paşinyan bildirib ki, Ermənistan xalqı səsvermə yolu ilə dövlətə, müstəqilliyə, gələcəyə, sülhə və Ermənistana sahib çıxıb.
Ermənistanın baş naziri, həmçinin “Güclü Ermənistan” bloku, “Hayastan” bloku və “Çiçəklənən Ermənistan” partiyasını nəzərdə tutaraq onları “müharibə üçlüyü” adlandırıb və bu siyasi qüvvələrin məğlubiyyətə uğradığını söyləyib.
“Xalq öz iradəsini ortaya qoyaraq həmin siyasi qüvvələrin və onları müşayiət edən kriminal-oliqarxik sistemin Ermənistanın siyasi həyatından tamamilə uzaqlaşdırılmasını istəyib. Bu məsələ gələcək hökumətin əsas prioritetlərindən biri olacaq və qətiyyətli addımlarla həyata keçiriləcək”, - deyə Paşinyan qeyd edib.
O qeyd edib ki, “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə çoxluq təşkil edəcək və yeni hökuməti formalaşdıracaq.
“Yaxın aylarda bu mövzunu daha ətraflı müzakirə etmək imkanımız olacaq”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az