Turov: “Sükut günü”ndə baş verən həbslərlə bağlı məlumatlar müəyyən suallar yaradır”

2026/06/1780908020.jpg
Oxunub: 203     12:39     08 İyun 2026    
“Ermənistanda parlament seçkiləri ərəfəsində, xüsusilə də “sükut günü”ndə baş vermiş həbslər və saxlanılmalarla bağlı çoxsaylı məlumatlar müəyyən suallar doğurur”.

Ordu.az xəbər verir ki, bunu MDB müşahidə missiyasının nümayəndəsi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Artyom Turov İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Turovun sözlərinə görə, partiyaların və seçki bloklarının müşahidəçilərindən cinayət işləri və həbslərlə bağlı çoxsaylı məlumatlar daxil olub.

O qeyd edib ki, siyasi qüvvələr bu halları siyasi və inzibati təzyiq kimi qiymətləndirirlər.

“Hadisələr şənbə günü, yəni “sükut günü” də baş verib. Bu isə müəyyən suallar yaradır”, - deyə Turov bildirib.

O vurğulayıb ki, seçki günü müşahidəçilər 14 seçki məntəqəsində olublar və orada çoxsaylı vətəndaşlar seçici siyahıları ilə bağlı problemlər qaldırıblar.

MDB müşahidə missiyasının nümayəndəsi qeyd edib ki, bəzi hallarda vətəndaşlar öz ünvanlarında qeydiyyatda olan, lakin tanımadıqları şəxslərin adları ilə qarşılaşıblar.

Turovun sözlərinə görə, bütün bu faktlar məntəqə seçki komissiyalarının protokollarında öz əksini tapıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Turov  


Bizi "telegram"da izləyin