Ordu.az "Unian"a istinadən xəbər verir ki, Novorossiyskdəki "Şesxaris" kompleksinin tərkibinə daxil olan "Qruşovaya" neft bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Yerli sakinlərin məlumatına görə, gecə şəhər ərazisində onlarla partlayış səsi eşidilib, bundan sonra obyektin ərazisində yanğın başlayıb.
OSINT analitiklərinin məlumatına əsasən, yanğın "Qruşovaya" ("Qruşovaya balka") sənaye meydançasında baş verib.
Ordu.az