Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının iclasında, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.
“Biz bu istiqamətdə işləyəcəyik”, - deyə Paşinyan qeyd edib.
O, həmçinin bildirib ki, yaxın vaxtlarda TRIPP (Zəngəzur dəhlizi-red.) sazişinin ratifikasiyası prosesinə başlanmalıdır.
“Qeyd etmək vacibdir ki, bu, həqiqətən vəziyyəti dəyişdirən layihədir, çünki Ermənistan “Sülh kəsişməsi”nə çevrilir”, - deyə hökumət başçısı vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az