Zelenski Kiyevdə Roman Abramoviçlə görüşündən danışıb

2026/04/1777557510.jpg
Oxunub: 216     11:54     08 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı iş adamı Roman Abramoviçin Kiyevə səfər etdiyini və onunla münaqişənin nizamlanmasının mümkün variantlarını müzakirə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Zelenski bu barədə “Sky News”un jurnalisti Yalda Hakimə verdiyi müsahibədə danışıb.

Ukrayna liderinin sözlərinə görə, söhbət zamanı Abramoviç xüsusilə Donbas məsələsi də daxil olmaqla sülh danışıqları ilə bağlı Ukrayna tərəfinin mövqeyi ilə maraqlanıb. Zelenski bildirib ki, iş adamı Kiyevə səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırdı.

Abramoviçin Kiyevə səfəri barədə daha əvvəl “Financial Times” nəşri məlumat yayıb. Lakin iş adamının nümayəndələri bu məlumatı ictimai şəkildə şərh etməyiblər.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun ötən gün verdiyi açıqlamadan məlum olub ki, tanınmış rusiyalı iş adamı Kiyevdə olub. Daha sonra Vladimir Putin də bu mövzuya toxunub.

Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı bildirib ki, biznes dairələrindən olan köhnə tanışlarından biri müvafiq dəvət aldıqdan sonra şəxsi təşəbbüsü ilə Kiyevə gedib.

Rusiya Prezidentinin sözlərinə görə, Zelenski ilə görüşdən sonra iş adamı Ukrayna liderinin təkbətək görüşlə bağlı xahişini ona çatdırıb.

Putin qeyd edib ki, Zelenski ilə danışıqları istisna etmir, lakin bunun yalnız sülh nizamlanması ilə bağlı konkret razılaşmalar əldə olunduqdan sonra mümkün olduğunu hesab edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Abramoviç   Ukrayna  


Bizi "telegram"da izləyin