Paşinyan: “Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini institusionallaşdırmaq niyyətindədir”

2026/06/1780902824.jpg
Oxunub: 379     11:12     08 İyun 2026    
“Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin institusionallaşdırılması istiqamətində işləyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının iclasında, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.

“Biz bu istiqamətdə işləyəcəyik”, - deyə Paşinyan qeyd edib.

O, həmçinin bildirib ki, yaxın vaxtlarda TRIPP (Zəngəzur dəhlizi-red.) sazişinin ratifikasiyası prosesinə başlanmalıdır.

“Qeyd etmək vacibdir ki, bu, həqiqətən vəziyyəti dəyişdirən layihədir, çünki Ermənistan “Sülh kəsişməsi”nə çevrilir”, - deyə hökumət başçısı vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin