Fərid Şəfiyev Çində ŞƏT-ə üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib

2026/06/1780906656.jpg
Oxunub: 190     11:51     08 İyun 2026    
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri (BMTM) Fərid Şəfiyev Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib.

Bu barədə Ordu.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, BMTM sədri "ŞƏT-in inkişaf perspektivləri" mövzusunda sessiyada çıxış edib. O, çıxış zamanı ŞƏT-in çoxtərəfli əməkdaşlıq və diplomatiya üçün mühüm platforma olduğunu bildirərək təşkilatın genişlənməsi fonunda qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Forumun ikinci günündə BMTM və Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin (SHUPL) birgə təşkilatçılığı ilə "Çin və Cənubi Qafqaz: İpək Yolunun Birgə Dirçəldilməsi" mövzusunda paralel tədbir keçirilib. Müzakirələr zamanı Cənubi Qafqazın Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsində, eləcə də müasir İpək Yolunun inkişafında artan rolu ətrafında fikir mübadiləsi aparılıb.

Fərid Şəfiyev çıxışında Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən strateji nəqliyyat və ticarət dəhlizlərinin mühüm qovşağı kimi mövqeyinin möhkəmləndiyini vurğulayıb.

Qeyd edək ki, forum çərçivəsində son 25 ildə ŞƏT-in gələcək inkişaf istiqamətləri və strateji baxışı əsas müzakirə mövzuları sırasında olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərid-Şəfiyev   Çin   ŞƏT  


Bizi "telegram"da izləyin