Ordu.az xəbər verir ki, bu barədə Koşta "X" sosial şəbəkəsində yazıb.
A.Koşta Aİ-nin ölkə ilə energetika, ticarət və rəqəmsallaşma sahələrində əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
"Bizim möhkəm tərəfdaşlığımız bütün region üçün daha dinc və firavan gələcəyə qoyulan sərmayədir", - o qeyd edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da N.Paşinyanı təbrik edib.
Aİ müdafiə nazirlərinin Nikosiyada (Kipr) keçirilən qeyri-rəsmi görüşündən əvvəl o, jurnalistlərə bildirib ki, Ermənistandakı seçkilərin nəticələri Rusiyanın təzyiqinə baxmayaraq, ölkə vətəndaşlarının Avropa ilə yaxınlaşma kursunu dəstəklədiyini göstərir.
K.Kallasın sözlərinə görə, Aİ Ermənistana, o cümlədən onun gələcək inkişafı və Avropa institutları ilə yaxınlaşması ilə bağlı islahatların həyata keçirilməsində dəstəyini davam etdirəcək.
Qeyd edək ki, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-nin hesablanmasından sonra 49,825 % səs toplayıb.
Ordu.az