Tramp İrana müraciət edib: “Bəsdir, danışıqlar masasına qayıdın”

2026/06/1780723671.jpg
Oxunub: 302     09:22     08 İyun 2026    
İsrail ordusunun Livan ərazisinə endirdiyi zərbələrə cavab olaraq İranın İsrailin şimalına raket hücumları həyata keçirməsindən sonra ABŞ Prezidenti Donald Tramp Tehranı yenidən danışıqlar masasına qayıtmağa və Vaşinqtonla razılaşma əldə etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“İrana nə məsləhət görərdim? Siz raketlərinizi buraxdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, - Tramp telefonla verdiyi müsahibədə bildirib.

Bundan əvvəl İsrail İranın öz ərazisinə qarşı genişmiqyaslı raket hücumu həyata keçirdiyini açıqlamışdı.

İran isə məlumatı təsdiqləyərək bildirib ki, Livan ərazisinə endirilən zərbələrə cavab olaraq İsrailin strateji və hərbi obyektlərinə kütləvi hücumlar təşkil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin