Tokayev Paşinyanı qələbə münasibətilə təbrik edib

2026/06/1780897593.jpg
Oxunub: 234     09:46     08 İyun 2026    
“Qazaxıstan Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əməkdaşlığı davam etdirməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri, “Vətəndaş Müqaviləsi” partiyasının sədri Nikol Paşinyana parlament seçkilərində partiyasının qələbəsi münasibətilə ünvanladığı təbrik məktubnda bildirib.

Tokayev təbrik müraciətində qeyd edib ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ilkin qiymətləndirmələrinə görə, Ermənistanda seçki prosesi açıq şəkildə, ölkənin qüvvədə olan qanunvericiliyinə tam uyğun formada keçirilib və vətəndaşların sərbəst iradə ifadə etməsi üçün bütün zəruri şərait təmin olunub.

Qazaxıstan Prezidenti seçkilərin nəticələrinin Ermənistan cəmiyyətinin etimadını əks etdirdiyini vurğulayaraq Nikol Paşinyana ölkənin uzunmüddətli milli maraqlarının həyata keçirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Qazaxıstan dost Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əməkdaşlığı davam etdirməyə hazırdır”, - deyə Tokayev bildirib.

O qeyd edib ki, iki ölkə arasında formalaşmış münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır və gələcəkdə də inkişaf etdirilməlidir.

Təbrik məktubunun sonunda Kasım-Jomart Tokayev erməni xalqına dövlətçiliyin möhkəmləndirilməsi yolunda uğurlar, eləcə də sülh, sabitlik və rifah arzulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Paşinyan  


Bizi "telegram"da izləyin