Ordu.az xəbər verir ki, bunu İranın BMT-nin İqtisadi və Sosial Şurası yanında baş nümayəndəsi Məhəmməd Səfa “X” sosial şəbəkəsində yazıb.
“İsrail bir qurum kimi beynəlxalq hüquqa hörmət etmir. Onlar diplomatiyanın mahiyyətini anlamağa belə yaxın deyillər”, - iranlı diplomat qeyd edib.
Bundan əvvəl İranın İsrailin şimal hissəsinə güclü raket zərbələri endirdiyi məlum olmuşdu.
İran Silahlı Qüvvələrinin bəyanatına görə, hücumlar İsrailin Livan ərazisinə qarşı davam edən zərbələrinə cavab olaraq həyata keçirilib.
Bununla əlaqədar ABŞ Prezidenti Donald Tramp İranı hücumları dayandırmağa və yenidən danışıqlar masasına qayıtmağa çağırıb.
Sevinc Əliyeva
Ordu.az