SEPAH İsraildəki “Ramat David” aviabazasına raket zərbəsi endirdiyini açıqlayıb

2026/06/1780388323.jpg
Oxunub: 261     09:31     08 İyun 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda İsrailin həyata keçirdiyi əməliyyatlara cavab olaraq İsraildə yerləşən “Ramat David” aviabazasına raket zərbəsi endirdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

SEPAH-ın bəyanatına görə, hücumun hədəfi Cənubi Livana, o cümlədən Sur, Nəbatiyyə və Beyrutun cənub ətraflarına qarşı əməliyyatlarda istifadə olunduğu iddia edilən “Ramat David” aviabazası olub.

Qurumdan bildirilib ki, İranın atəşkəsə razılıq verməsi bütün istiqamətlər üzrə hərbi əməliyyatların dayandırılması şərti ilə bağlı olub.

Lakin bəyanatda vurğulanıb ki, ABŞ və İsrail üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Tehran İsraili Livanda hərbi əməliyyatları davam etdirməkdə, həmçinin ABŞ və İsraili Hörmüz boğazı, Oman körfəzi və Hind okeanında İran gəmilərinə və sahilyanı zonalara qarşı fəaliyyət göstərməklə atəşkəs rejimini pozmaqda ittiham edib.

SEPAH hazırkı raket zərbəsini “xəbərdarlıq siqnalı” adlandırıb və gələcəkdə yeni hücumlar və ya pozuntular baş verərsə, cavab tədbirlərinin daha genişmiqyaslı olacağını bəyan edib.

“Bu axşam həyata keçirilən əməliyyat xəbərdarlıq xarakteri daşıyırdı. Əgər təcavüz təkrarlanarsa, cavab tədbirləri daha geniş olacaq və regiondakı bütün Amerika və “sionist” hədəfləri əhatə edəcək”, - deyə SEPAH-ın bəyanatında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   İsrail  


Bizi "telegram"da izləyin