Moldova və Ukrayna Prezidentləri regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər

2026/04/Ekran-1777206650.jpg
Oxunub: 381     15:43     26 Aprel 2026    
Aprelin 26-da Kiyevdə səfərdə olan Moldova Prezidenti Maya Sandu Çernobıl faciəsinin 40 illiyi ilə bağlı anıma qatılıb.

Ordu.az-ın məlumatına görə, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirən M. Sandu ukraynalı həmkarı ilə birgə mətbuat konfransına da qatılıb.

Moldova Prezidenti bildirib ki, ukraynalı həmkarı ilə birgə regionda təhlükəsizlik, Avropaya birgə inteqrasiya məsələlərini müzakirə ediblər. O qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibədən Moldova xalqı da əziyyət çəkir.

Volodimir Zelenski isə qeyd edib ki, moldovalı həmkarı ilə təkbətək görüşdə avrointeqrasiya fəaliyyətini birgə gücləndirmək qərarına gəlinib:

"Ukrayna Moldovada Dnestryanı ərazidə vəziyyətə görə Kişinyov ilə birgə addımlayacaq. Biz Moldovanın təhlükəsizliyinə tam dəstək veririk"-deyə, o, əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Ukrayna  


Bizi "telegram"da izləyin