Rusiya müdafiə naziri və Dövlət Dumasının sədri KXDR-ə səfərə gediblər

2026/04/photo-1777203466.jpg
Oxunub: 374     15:35     26 Aprel 2026    
Rusiya müdafiə naziri Andrey Belousov işgüzar səfərlə KXDR-ə gedib. Rusiya hərbi qurumunun rəhbəri KXDR-in ali rəhbərliyi və ölkənin silahlı qüvvələrinin komandanlığı ilə danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Səfər çərçivəsində Rusiya hərbi qurumunun rəhbəri Pxenyanda KXDR-in ali rəhbərliyi və ölkənin silahlı qüvvələrinin komandanlığı ilə görüşlər keçirəcək, təntənəli və xatirə tədbirlərində iştirak edəcək”, - deyə qurumdan bildiriblər.

Pxenyan hava limanında Rusiya müdafiə nazirini KXDR hərbi qurumunun rəhbəri, ordu generalı No Qvan Çhol qarşılayıb.

Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Şimali Koreyaya səfər edib.

KXDR-in paytaxtı Pxenyanda onun ölkə lideri Kim Çen Inla görüşü keçirilib. Rusiya lideri Vladimir Putinin tapşırığı ilə Dövlət Dumasının sədri aprelin 26-da Kursk vilayətinin neonasistlərdən azad edilməsində iştirak etmiş koreyalı döyüşçülərin qəhrəmanlığına həsr olunan memorial kompleksin və Xarici Hərbi Əməliyyat qəhrəmanlarının döyüş şücaəti muzeyinin açılış mərasimində iştirak edəcək. Bir gün əvvəl Volodinin Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Ço Yon Vonla görüşü keçirilib.

Volodin Putinin salamlarını və ən xoş arzularını, eləcə də respublikanın dövlət işləri sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KXDR  


Bizi "telegram"da izləyin