Ursula fon der Lyayen Trampın təhlükəsiz vəziyyətdə olmasına sevindiyini bildirib

2025/07/1752421330.jpg
Oxunub: 384     15:24     26 Aprel 2026    
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampın və tədbirin digər yüksəkvəzifəli qonaqlarının təxliyə edildiyi Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş vermiş atışmaya reaksiya verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Prezident Donald Trampın, birinci xanım Melaniya Trampın və Ağ Ev müxbirlərinin şam yeməyində iştirak edən hər kəsin təhlükəsiz vəziyyətdə olduğunu eşitdiyimə şadam. Zorakılığın siyasətdə yeri yoxdur, heç vaxt. Qonaqların təhlükəsizliyini təmin etmək üçün polisə və çevik reaksiya xidmətlərinə operativ hərəkətlərinə görə minnətdarlığımızı bildiririk”, - deyə fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Tramp  


Bizi "telegram"da izləyin