Dünya liderləri Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş vermiş atışmaya reaksiya veriblər

2026/04/1777178315.jpg
Oxunub: 403     12:44     26 Aprel 2026    
Dünya liderləri zorakılığı pisləyib və ABŞ prezidenti Donald Trampın, eləcə də Ağ Ev müxbirlərinin şam yeməyinin qonaqlarının baş vermiş atışmadan sonra təhlükəsiz vəziyyətdə olmalarına görə yüngüllük hiss etdiklərini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Prezident Donald Trampa və onun xanımı Melaniyaya qarşı yönəlmiş aqressiya cəhdini pisləyirik”, - deyə Venesuela prezidentinin müvəqqəti vəzifə icraçısı Delsi Rodriges “X” sosial şəbəkəsində bildirib.

“Mən zorakılığın heç vaxt cavab olmamalı olduğunu düşünürəm”, - deyə Meksika prezidenti Klaudiya Şeynbaum öz növbəsində yazaraq Trampa və birinci xanıma ən xoş arzularını çatdırıb.

Eyni mövqeni Kanadanın baş naziri Mark Karni də ifadə edib. “Siyasi zorakılığın heç bir demokratik ölkədə yeri yoxdur və mən bu narahatedici hadisədən sarsılmış hər kəslə düşüncəmdə birgəyəm”, - deyə o qeyd edib.

Yaponiya baş naziri Sanae Takaiçi və Hindistanın baş naziri Narendra Modi də X-də yayımladıqları mesajlarda Trampa dəstək ifadə ediblər. “Zorakılığın demokratiyada yeri yoxdur və o, qeyd-şərtsiz pislənməlidir”, - deyə Modi bildirib.

İsrail prezidenti İsxak Hersoq hadisəni “iyrənc hücum” adlandırıb. “Hücum zamanı yaralanmış hüquq-mühafizə orqanı əməkdaşının təhlükəsiz vəziyyətdə olmasına və sağalma mərhələsində olmasına sevinirik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Tramp  


Bizi "telegram"da izləyin