Atışmada şübhəli bilinən şəxs hospitalizasiya edilib və bazar ertəsi məhkəməyə çıxarılacaq - YENİLƏNİB

2026/04/1777178803.jpg
Oxunub: 537     10:31     26 Aprel 2026    
Şənbə axşamı Ağ Ev müxbirlərinin şam yeməyi zamanı atəş açmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb və hospitalizasiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmilər “CBS News”a bildiriblər.

“NBC News”un məlumatına görə, Vaşinqtonda ABŞ prokuroru Canin Pironun sözlərinə əsasən, şübhəliyə cinayət törədilərkən odlu silahdan istifadə üzrə iki epizod və federal əməkdaşa təhlükəli silahla hücum üzrə bir epizodla ittiham irəli sürülüb. Piro onun bazar ertəsi federal məhkəmə qarşısına çıxacağını bildirib.

“İndiyədək bizə məlum olan məlumatlara əsasən, aydındır ki, bu şəxs mümkün qədər çox zərər vurmaq niyyətində olub”, - deyə o bildirib.

Piro əlavə edib ki, daha çox ittiham irəli sürüləcək.

Hüquq-mühafizə orqanlarındakı mənbələr onun kimliyini Kaliforniya Texnologiya İnstitutunun məzunu və professoru, Torransdan olan 31 yaşlı Koul Tomas Allen kimi müəyyənləşdiriblər. Daha əvvəl prezident Donald Tramp, birinci xanım Melaniya Tramp və digər yüksəkvəzifəli şəxslər atışmadan sonra mətbuat konfransından təxliyə edilmişdilər.

***

ABŞ Prezidenti Donald Trampın qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açdıqdan sonra saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.

Ordu.az xəbər verir ki, bu barədə Vaşinqtonun federal prokuroru Janin Pirro sosial mediada məlumat verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs maksimum zərər vurmaq niyyətində olub. O, həmçinin hüquq-mühafizə orqanlarına təcili tədbirlər gördüyünə görə təşəkkür edib və onun fikrincə, hadisənin böyüməsinin qarşısını alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin