Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
“Rusiya G20 üzvüdür və nazirlər, eləcə də liderlər səviyyəsində görüşlərdə iştirak üçün dəvət olunacaq”, - deyə nəşr ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisini sitat gətirib.
Mənbə əlavə edib ki, Tramp Rusiyanın G20-nin bütün tədbirlərində iştirakının alqışlandığını “dəqiqləşdirib”. Bununla belə, hələlik rəsmi dəvət göndərilməyib.
Daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin Moskvanın sammitə ən yüksək səviyyədə dəvət olunduğunu təsdiqləmişdi. Onun sözlərinə görə, Rusiyanı kimin təmsil edəcəyi tədbirin tarixinə yaxın açıqlanacaq.
Sevinc Əliyeva
Ordu.az