Ordu.az xəbər verir ki, bu barədə Cey Di Vens mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton həm İsrailin təhlükəsizliyinin təmin olunmasına, həm də Livanın suverenliyinin qorunmasına çalışır.
“Biz İsrailin təhlükəsizliyinin təmin edilməsini, eyni zamanda Livanın suverenliyinin qorunmasını istəyirik. Bu isə davamlı dialoq tələb edir”, - deyə Vens bildirib.
ABŞ-nin vitse-prezidenti qeyd edib ki, tərəflər məsələni bir gün əvvəl də müzakirə ediblər və son 24 saat ərzində müəyyən irəliləyiş əldə olunub.
“Biz bunu dünən müzakirə etdik və düşünürəm ki, cəmi 24 saat əvvəl olduğumuz nöqtədən xeyli irəli getmişik. Lakin bu iş hələ başa çatmayıb”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az