“Ermənistanın KTMT-yə qayıdışı ölkənin maraqlarına uyğun olardı” - Zaxarova

2026/05/1779979241.jpg
Oxunub: 224     17:35     22 İyun 2026    
“Moskva hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini tam şəkildə bərpa etməsi ölkənin milli maraqlarına cavab verərdi”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Biz əvvəlki kimi əminik ki, KTMT-də tamhüquqlu fəaliyyətin bərpası ilk növbədə Ermənistanın öz maraqlarına uyğun olardı. Təşkilat regional sabitliyin qorunması üçün effektiv və mahiyyət etibarilə alternativsiz mexanizm olaraq qalır”, - deyə Zaxarova bildirib.

O qeyd edib ki, KTMT regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqda davam edir və təşkilatın potensialından istifadə Ermənistan üçün də faydalı ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Zaxarova  


Bizi "telegram"da izləyin