Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Türkiyə Prezidenti Hörmüz boğazı ilə bağlı Ankaranın mövqeyinin aydıb olduğunu diqqətə çatdırıb:
"Əgər Hörmüz boğazının bir tərəfi İrandırsa, digər tərəfi Omandır. Hörmüz boğazı ticarət gəmiləri üçün açıq qalmalıdır".
Onun sözlərinə görə, ölkəsi Rusiya-Ukrayna müharibəsinin həlli üçün tərəflərin istəyi ilə müzakirələrin davam etdirilməsindən ötrü hər bir addımı dəstəkləməyə hazırdır.
"Bu istiqamətdə qonşularımızla əməkdaşlığa açığıq", - Ərdoğan vurğulayıb.
Ordu.az