Ordu.az xəbər verir ki, Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxış edən Türkiyə lideri dünyada güc mərkəzlərinin üstünlük təşkil etdiyi bir sistemin formalaşdığını və bunun ədalətsiz olduğunu düşündüyünü bildirib.
O qeyd edib ki, bölgədə davam edən müharibələr regionu "barıt qoxusuna" çevirib və bu vəziyyət ciddi narahatlıq doğurur:
"Pakistan Prezidenti Şahbaz Şərifin təşəbbüsü ilə əldə olunan atəşkəsdən çox məmnunuq. Münaqişələrin həllində silahlar deyil, danışıqlar əsas rol oynamalıdır. Sülhə aparan yol dialoq və diplomatiyadan keçir".
Ordu.az