Yaponiyanın müdafiə xərcləri 2026-cı ildə ÜDM-in 2 faizinə yaxınlaşacaq

2018/10/56756-1538743125.jpg
Oxunub: 369     16:23     17 Aprel 2026    
2026-cı maliyyə ilində Yaponiyanın müdafiə xərcləri ölkənin ÜDM-nin təxminən 1,9 faizini təşkil edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Şinciro Koidzumi bildirib.

Onun sözlərinə görə, müşayiətedici xərclər də daxil olmaqla ümumi müdafiə büdcəsi təxminən 10,6 trilyon yenə (təxminən 66,7 milyard dollar) çatacaq. O bildirib ki, ÜDM-ə nisbətdə faiz göstəricisi 2022-ci ildə, yeni təhlükəsizlik strategiyası təsdiqlənən vaxt müəyyən edilmiş baza göstəricisinə əsasən hesablanıb.

Nazir əlavə edib ki, 2026-cı il üçün proqnozlaşdırılan ÜDM nəzərə alınarsa, xərclərin payı təxminən 1,5 faiz təşkil edəcək.

Koidzumi qeyd edib ki, müdafiə büdcəsinin artması ölkənin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan yeni milli təhlükəsizlik strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Yaponiya əvvəllər 2027-ci ilə qədər ÜDM-in 2 faizinə çatmağı planlaşdırırdı, lakin faktiki olaraq bu məqsədə nəzərdə tutulduğundan daha tez yaxınlaşır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin