Ordu.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Şeyx ölkəsinin müdafiə potensialı ilə bağlı qiymətləndirmələr aparıb.
“Pilotsuz uçuş aparatı istehsalı İsraillə on iki günlük müharibədən sonra on dəfə artdı”, - deyə Şeyx bildirib.
O qeyd edib ki, ölkəsinin ABŞ və İsraillə son müharibədə həyata keçirdiyi əməliyyatlarla bağlı planlaşdırmalar hücumlar zamanı həyatını itirən keçmiş Baş Qərargah rəisi Əbdürrəhim Musəvi tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş və aidiyyəti hərbi qüvvələrə çatdırılmışdı.
Şeyx bildirib ki, “düşmənləri” olan ABŞ və İsrail bir daha İrana hücum edəcəyi halda, əvvəlcədən müəyyən edilmiş strategiyalar əsasında cavab veriləcək.
Sevinc Əliyeva
Ordu.az