Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, məktub diplomatik normalara uyğun tərtib olunub və rəsmi möhürlə təsdiqlənib. Məktubda iqtisadi və investisiya sazişləri, həmçinin sanksiyaların mümkün yumşaldılması barədə müzakirələr təklif olunub.
Eyni zamanda, WSJ mənbələri bildiriblər ki, mətndə ABŞ-yə qarşı mümkün addımlara hazırlaşmaqla bağlı təhdid də yer alıb.
Bundan əvvəl “USA Today” nəşri məlumat vermişdi ki, ABŞ Prezidentin müvafiq qərarı olacağı halda Kubada mümkün əməliyyat üçün gizli hərbi hazırlıqlara başlayıb. Bildirilirdi ki, bu proses 2026-cı ilin əvvəlində adaya neft tədarükünə qoyulan məhdudiyyətlərdən sonra ölkələr arasında münasibətlərin pisləşməsi fonunda baş verir.
Sevinc Əliyeva
Ordu.az