Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominges bildirib.
O bildirib ki, Hörmüz boğazında vəziyyət kritik olaraq qalır və heyətlər su məkanını tərk edə bilmirlər.
Dominges qeyd edib ki, böhran uzandıqca dənizçilər üçün ərzaq, su və yanacaq çatışmazlığı təhlükəsi yaranır.
Dominges deyib ki, region ölkələri heyətlərə zəruri yardım, o cümlədən tibbi yardım göstərirlər.
Gəmilərin mümkün təxliyəsi ilə bağlı suala cavabında o bildirib ki, region dövlətləri, o cümlədən İran və Omanla müvafiq plan müzakirə olunur.
IMO baş katibi əlavə edib ki, proses bir neçə həftə çəkə bilər və mina təhlükəsinə görə ərazinin əvvəlcədən yoxlanılmasını tələb edəcək.
Sevinc Əliyeva
Ordu.az