Roma Papası müharibələrə milyardlarla vəsait xərcləyən liderləri qınayıb

2025/07/1753113182.jpg
Oxunub: 549     20:43     16 Aprel 2026    
Roma Papası XIV Leo müharibələrə milyardlarla vəsait xərcləyən liderləri qınayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Papa cümə axşamı Kameruna səfəri zamanı qeyri-adi dərəcədə sərt ifadələr işlədib. Həmin vaxt ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə ona yenidən “hücum edib”.

ABŞ-də doğulan ilk papa olan XIV Leo müharibələrə haqq qazandırmaq üçün dini ifadələrdən istifadə edən liderləri də qınayıb.

O, Kamerunun ingilisdilli regionlarının ən böyük şəhərində keçirilən görüş zamanı, təxminən on ilə yaxındır davam edən münaqişənin minlərlə insanın həyatına son qoyduğu bir şəraitdə “qəti dəyişiklik” çağırışı edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   XIV-Leo  


Bizi "telegram"da izləyin