ABŞ Mərkəzi Komandanlığının komandanı İranla müharibədən çıxarılan onlarla dərsdən danışıb

2026/04/1776354551.jpg
Oxunub: 632     19:54     16 Aprel 2026    
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bu gün Pentaqonda keçirilən brifinqdə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

O, İranla müharibədən çıxarılan dərslərlə bağlı suala cavab verib.

“Biz onlarla, hətta yüzlərlə çıxarılmış dərs toplamışıq. Əgər bunu futbol oyunu ilə müqayisə etsək, fasilədə və ya üçüncü ilə dördüncü hissələr arasındakı vaxtda böyük komandalar həmişə uyğunlaşır. Biz də, şübhəsiz ki, böyük komandayıq və hazırda məhz bunu edirik, həmin dərsləri çıxarırıq və onları ölçülüb-biçilmiş şəkildə tətbiq edirik”, - deyə admiral Kuper bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ   İran  


Bizi "telegram"da izləyin