Livan prezidenti ABŞ-nin dövlət katibi ilə telefon danışığı aparıb, o, İsraillə təmaslardan bəhs etməyib

2025/09/1757184800.jpg
Oxunub: 384     19:35     16 Aprel 2026    
Livan prezidenti Cozef Aun cümə axşamı ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə prezidentin administrasiyası məlumat yayıb.

Aun ilə İsrailin baş naziri arasında mümkün təmaslarla bağlı heç nə qeyd etməyib.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Livan və İsrail liderləri cümə axşamı görüş keçirəcəklər və bu, son onilliklər ərzində ilk belə görüş olacaq.

Lakin iki livanlı rəsmi şəxs bildirib ki, Livanın Vaşinqtondakı səfirliyi ABŞ administrasiyasına Aunun İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaq niyyətində olmadığını çatdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   ABŞ  


Bizi "telegram"da izləyin