ABŞ müharibə naziri: “İranın ali rəhbəri sağdır, lakin yaralıdır və eybəcərləşib”

2026/03/1773937962.jpg
Oxunub: 401     18:03     16 Aprel 2026    
ABŞ müdafiə naziri Pit Heqset İranın ali rəhbəri ayətullah Müctəba Xameneinin vəziyyəti barədə yeni məlumat verərək bildirib ki, o, sağdır, lakin “yaralıdır və eybəcərləşib”.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Express US” məlumat yayıb.

“Qeyd etdiyiniz şəxsin statusuna gəlincə, düşünürəm ki, o, əvvəlki kimi qalır”, - deyə Heqset jurnalistin Xameneyinin vəziyyəti ilə bağlı sualına cavab verib.

“Hazırda ondan az şey eşitmək olur, bu isə başadüşüləndir. Böyük qorxu var. Onun sağ olduğu, lakin yaralı və eybəcərləşdiyi hesab olunur. Status dəyişməz qalır”, - deyə Pentaqon rəhbəri əlavə edib.

Diqqətçəkən məqam odur ki, Heqset daha əvvəl də bir neçə dəfə ayətullah Xameneyinin yaralandığını bildirmişdi, lakin İran bu xəbərləri rəsmi şəkildə təkzib edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset  


Bizi "telegram"da izləyin