Heqset: “İran sülh sazişinə razılaşmasa, ABŞ Silahlı Qüvvələri hərbi əməliyyatlara yenidən başlamağa hazırdır”

2026/03/1774962585.jpg
Oxunub: 420     18:00     16 Aprel 2026    
“Yaxın Şərqdə İran sülh sazişinə razılaşmasa, ABŞ Silahlı Qüvvələri döyüş əməliyyatlarına yenidən başlamağa hazırdır”.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonda keçirilən brifinq zamanı müharibə naziri Pit Heqset bildirib.

“Siz, iranlılar, firavan gələcəyi və “qızıl körpü”nü seçə bilərsiniz və biz ümid edirik ki, İran xalqının xatirinə bunu edəcəksiniz. Amma İran yanlış seçim etsə, blokada və ölkənin infrastrukturuna, energetikasına yağacaq bombalarla üzləşəcək”, - deyə Heqset bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, Hörmüz boğazına İran yox, məhz ABŞ nəzarət edir.

“Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri boğazın həm girişinə, həm də çıxışına nəzarət edir. Bunu etmək üçün real resurslarımız və imkanlarımız var. Biz bu blokadanı Amerikanın hərbi dəniz gücünün 10%-dən də az hissəsindən istifadə etməklə həyata keçiririk”, - deyə Heqset bildirib.

O, həmçinin İrana müraciət edərək qeyd edib ki, ABŞ onları “izləyir”.

Heqset bildirib ki, zərurət yaranarsa, ABŞ zərbələr endirməyə hazırdır. “Çünki sizin hərəkətlərinizlə siz bizim güclü nəzarətimiz altına düşürsünüz, biz sizin ikili təyinatlı mühüm infrastrukturunuzu, elektrik enerjisi istehsalının qalan güclərini və energetika sahəsini hədəfə alırıq. Biz bunu etməməyi üstün tutardıq, lakin prezidentimizin əmri ilə və sadəcə bir düyməni basmaqla hərəkət etməyə hazırıq”, - deyə ABŞ müharibə naziri qeyd edib.

O əlavə edib ki, İran limanlarının və sahilyanı bölgələrinin blokadası “bunun həyata keçirilə biləcəyi yeganə nəzakətli formadır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin