Ordu.az xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.
Heqsetin sözlərinə görə, ABŞ buna “xoş yolla”, vitse-prezident Cey Di Vensin və danışıqlar qrupunun rəhbərliyi ilə saziş bağlamaq yolu ilə nail olmağı üstün tutardı.
Eyni zamanda, Pentaqon rəhbəri bildirib ki, buna “çətin yolla” da nail olmaq mümkündür.
Bu kontekstdə o, İran hakimiyyətini “müdrik seçim etməyə” çağırıb.
Onun sözlərinə görə, əgər Tehran “yanlış seçim etsə”, blokada tətbiq olunacaq və ölkənin infrastrukturuna, energetika sisteminə bombalar atılacaq.
Heqset həmçinin ABŞ tərəfindən davam etdirilən hərbi blokadadan danışıb və İran rəhbərlərini xəbərdar edib ki, danışıqlar uğursuz olarsa, Birləşmiş Ştatlar bombardmanları yenidən başlamağa “tam hazırdır”.
Bundan başqa, o, “Trampa nifrət edən mətbuatı” tənqid edib.
“Sizlərdən bəzilərinin əslində kimin tərəfində olduğunu anlamaq çətindir. Bu, vətənpərvər yanaşma deyil”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az