“Reuters”: “Starlink” nasazlıqları Pentaqonun “SpaceX”dən asılılığını üzə çıxarır

2026/03/thumb-1773473845.jpg
Oxunub: 357     17:30     16 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz aparat sınaqları zamanı “Starlink” peyk şəbəkəsinin işində baş verən nasazlıqlar Pentaqonun “SpaceX” şirkətindən artan asılılığını üzə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ötən ilin avqustunda baş vermiş qlobal nasazlıq təkcə milyonlarla istifadəçiyə narahatlıq yaratmayıb, həm də Kaliforniya sahil zonasında fəaliyyət göstərən təxminən 20 pilotsuz gəminin idarəetməsinin itirilməsinə səbəb olub. Nəticədə hərbi əməliyyatlar təxminən bir saat iflic vəziyyətinə düşüb.

Sınaqların yekun hesabatında vurğulanır ki, yüksək yüklənmə şəraitində “Starlink”in müəyyən məhdudiyyətləri var. Buna baxmayaraq, əlçatanlığı və ucuzluğu səbəbindən sistem ABŞ hərbi proqramlarında həyati rol oynamaqda davam edir.

“Reuters”in məlumatına görə, qanunvericiləri narahat edən məsələ Pentaqonun yalnız “SpaceX”ə bel bağlamasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starlink   SpaceX   Pentaqon  


Bizi "telegram"da izləyin