Lavrov ABŞ-ni “arzuolunmaz” hökumətlərlə dialoq aparmağa çağırıb

2026/02/1770295293.jpg
Oxunub: 394     17:24     16 Aprel 2026    
Rusiya Vaşinqtonu təmaslardan yayınmamağa və fikir ayrılığı yaşadığı ölkələrlə dialoq aparmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya naziri müraciətində qeyd edib ki, əgər ABŞ-nin bu və ya digər hökumət xoşuna gəlmirsə, onlar “dialoqdan başlamalıdırlar”.

Lavrov bildirib ki, heç bir ölkə indiyədək ABŞ ilə təmaslardan imtina etməyib, halbuki məhz Birləşmiş Ştatlar tez-tez saziş bağlayır, sonra isə onların icrasından imtina edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   ABŞ  


Bizi "telegram"da izləyin