Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Pentaqon rəhbəri Pit Heqsetlə birgə verdiyi mətbuat konfransında bildirib.
“Blokadanı yarmağa cəhd edəcək istənilən gəmi dənizçilərimiz tərəfindən əvvəlcədən planlaşdırılmış taktiki tədbirlərin tətbiqi ilə qarşılaşacaq. Bu tədbirlər həmin gəmiyə qarşı güc tətbiqini, zərurət yaranarsa isə gəminin göyərtəsinə çıxaraq onu ələ keçirməyi nəzərdə tutur. Bu, xəbərdarlıq atəşləri və digər addımlar da daxil olmaqla gücün mərhələli şəkildə artırılmasını əhatə edəcək”, – deyə o bildirib.
Ordu.az