Liberiya bayrağı altında üzən tanker Rusiya sularında PUA hücumu nəticəsində zədələnib

2026/04/1776343512.jpg
Oxunub: 414     16:46     16 Aprel 2026    
Rusiya İstintaq Komitəsi bildirib ki, Liberiya bayrağı altında üzən tanker Rusiyanın ərazi sularında pilotsuz uçuş aparatının hücumu nəticəsində zədələnib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qurumun məlumatına görə, gəminin Türkiyə vətəndaşı olan kapitanı yaralanıb və xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsi həmçinin Krasnodar diyarında mülki infrastruktur və obyektlərə, o cümlədən liman obyektlərinə və yaşayış binalarına dəyən zərər barədə məlumat verib. Bölgənin bir neçə yaşayış məntəqəsi ziyan və itkilər barədə məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liberiya   Rusiya   Tanker  


Bizi "telegram"da izləyin