Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyi bildirib ki, Ankara Vaşinqton, Tehran və vasitəçilərlə, o cümlədən Pakistanla sıx təmasdadır və mövcud atəşkəsin sabit sülhə çevrilməsini dəstəkləyir.
Həmçinin bildirilir ki, Antalyada keçiriləcək diplomatik forum çərçivəsində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşü baş tuta bilər. Pakistanın baş naziri Şahbaz Şərifin Qətərə səfərindən sonra Türkiyəyə gələcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az