Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bildirib.
Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün yeni reallığı şəraitində Ermənistan-Rusiya münasibətlərinin dinamik inkişaf etdiyinə əminliyini ifadə edib. “Düşünürəm ki, bu, Rusiya Federasiyası ilə münasibətlərimizə müsbət təsir göstərir. Çünki müstəqilliyimizdən bəri ilk dəfə Rusiya Federasiyası ilə dəmir yolu əlaqəmiz var. Biz Rusiyadan malları Azərbaycan vasitəsilə, dəmir yolu ilə idxal edirik. Ümid edirəm ki, yaxın gələcəkdə ixrac da edəcəyik. Bu, əlbəttə, ənənəvi iqtisadi əlaqələrimizi möhkəmləndirir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az