Roman Popov: "İrana humanitar yardım Azərbaycan ərazisi ilə operativ şəkildə göndərilib"

2026/03/1774607625.jpg
Oxunub: 390     14:27     27 Mart 2026    
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycan hökuməti ilə qurumlararası əməkdaşlığın yüksək səviyyəsini vurğulayıb, bunun sayəsində humanitar yardımımız Azərbaycan ərazisi ilə operativ şəkildə İrana çatdırılıb.

Ordu.az-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin müdiri Roman Popov azərbaycanlı jurnalistlərə bildirib.

"Göstərilən yardıma görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu gün humanitar yüklərin ikinci və üçüncü partiyası çatdırılıb: Rusiya Federasiyası ərazisindən dəmir yolu ilə daşınan 300 ton dərman preparatı, eləcə də Rusiya Federasiyasının Dağıstan Respublikası hökuməti tərəfindən verilən 150 ton ərzaq məhsulları. Birinci partiya martın 12-də çatdırılıb, bundan sonra FHN təxminən 29 ton dərman preparatı çatdırıb. Bununla əlaqədar qurumlararası əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istəyirəm. Bütün tədbirlərin operativ şəkildə həyata keçirildiyi və yükün maneəsiz sərhədi keçdiyi üçün bir daha Azərbaycan hökumətinə və bütün icraçılara minnətdarlığımı bildirirəm. Xidmətlərin işi aydın şəkildə təşkil olunub və uzlaşdırılıb", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin